“Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb

“Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb “Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb.
Mədəniyyət siyasəti
2 Fevral , 2022 13:51
“Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb

“Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən il ərzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə İctimai Televiziyanın müştərək işi olan 5 filmdən ibarət “Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi istehsal olunub:

"Bu filmlərin hər biri müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Sənədli silsilə noyabr ayının ilk həftəsində - qələbənin birinci ildönümü ərəfəsində İctimai Televiziyada nümayiş etdirilib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. İnternetdə sözügedən filmlərin onlayn baxış sayı artıq 1 milyonu keçib. Biz bu layihəni davam etdirmək niyyətindəyik. Belə ki, hazırda “Görünməyən qəhrəmanlar-2” layihəsinin hazırlıqlarına başlanılıb".

Son xəbərlər

Orphus sistemi