​Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın kitabı macar dilində nəşr olub

​Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın kitabı macar dilində nəşr olub "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabı Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə işıq üzü görüb
Mədəniyyət siyasəti
26 Yanvar , 2015 18:25
​Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın kitabı macar dilində nəşr olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" adlı kitabı macar dilinə tərcümə olunub.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Kitab Macarıstanın nüfuzlu "Harmattan" nəşriyyatında görkəmli alimin anadan olmasının 75 illiyi ilə əlaqədar hazırlanıb. Kitabda şərqşünas-alimin həyat və yaradıcılığından geniş bəhs olunur.

Qeyd edək ki, kitab Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunub.

Son xəbərlər

Orphus sistemi