Gəncə Dövlət Filarmoniyasının tikintisinə əlavə 5 milyon manat ayrılıb

Gəncə Dövlət Filarmoniyasının tikintisinə əlavə 5 milyon manat ayrılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Mədəniyyət siyasəti
18 Fevral , 2016 18:20
Gəncə Dövlət Filarmoniyasının tikintisinə əlavə 5 milyon manat ayrılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Gəncə Dövlət Filarmoniyasının tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi