Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları təltif edilib - SİYAHI

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları təltif edilib - SİYAHI Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb
Mədəniyyət siyasəti
22 Dekabr , 2015 18:34
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları təltif edilib - SİYAHI

Bakı. 22 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:

Ağamirzəyeva Vəfa Əliağa qızı

Əhmədova Sevil Əliabas qızı

Qafarova Leyla Hacı Ağa qızı

Məmmədli Ruhiyyə Mikayıl qızı.

Eyni zamanda Prezident İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib:

Dadaşova Zahirə Cabir qızı

Qəmbərova Şəhla Əliheydər qızı

Musazadə Rəfiqə Mirzə qızı

Tahirova Nazilə Rəhman qızı.

Son xəbərlər

Orphus sistemi