“Azərbaycan mətbəxi: Dadsonrası dad” sənədli filminin nümayişi olacaq

“Azərbaycan mətbəxi: Dadsonrası dad” sənədli filminin nümayişi olacaq Filmin ilk nümayişi jurnalistlər üçün keçiriləcək
Mədəniyyət siyasəti
21 May , 2015 14:02
“Azərbaycan mətbəxi: Dadsonrası dad” sənədli filminin nümayişi olacaq

Bakı. 21 may. REPORT.AZ/ Mayın 22-də Azərbaycan Dövlət Film Fondunda "Azərbaycan mətbəxi: Dadsonrası dad" sənədli filminin mətbuat nümayəndələri üçün nümayişi olacaq. "Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" studiyasında çəkilib və İtaliyanın Milan şəhərində keçiriləcək "Planeti Qidalandırmaq, Həyat üçün Enerji" mövzusunda "Milan Ekspo 2015" Ümumdünya Sərgisinin Azərbaycan pavilyonunda nümayiş etdirilmək üçün nəzərdə tutulub.

Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Bu mənada, film dünyada Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının təbliği və xarici turistlər üçün ölkənin cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə, operatoru Nizami Abbas, elmi məsləhətçisi Tahir Əmiraslanov, bəstəkarı Cahangir Zülfüqarov, icraçı prodüseri Əbdülnasir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.

Son xəbərlər

Orphus sistemi