​Ermənistan təmsilçisi "Eurovision-2016"dan kənarlaşdırıla bilər

​Ermənistan təmsilçisi "Eurovision-2016"dan kənarlaşdırıla bilər Bu barədə müsabiqə təşkilatçıları bəyanat yayıb
Mədəniyyət siyasəti
13 May , 2016 21:45
​Ermənistan təmsilçisi Eurovision-2016dan kənarlaşdırıla bilər

Bakı. 13 may. REPORT.AZ/ Ermənistanın "Eurovision-2016"dakı təmsilçisi İveta Mukuçyan birinci yarımfinal zamanı separatçı "Dağlıq Qarabağ" rejiminin "bayrağ"ını dalğalandırdığına görə, mahnı müsabiqəsinin finalçıları siyahısından kənarlaşdırıla bilər.

"Report" "Euronews"a istinadən xəbər verir ki, bu barədə müsabiqə təşkilatçılarının bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, Avropa Yayım Birliyinin təşkilatçıları müsabiqədən əvvəl ifaçılardan və pərəstişkarlara bayraqlardan siyasi alət kimi istifadə etməməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi