Nazirlik: Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini dağıdıblar

Nazirlik: Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini dağıdıblar Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir.
Mədəniyyət siyasəti
7 Dekabr , 2020 13:55
Nazirlik: Ermənilər Füzulidəki Hacı Ələkbər məscidini dağıdıblar

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir.

Mədəniyyət Nazirliyindən "Report"a bildilib ki, məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılıb.

Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala salınıb.

Son xəbərlər

Orphus sistemi