Əbülfəs Qarayev Şabranda qəbul keçirəcək

Əbülfəs Qarayev Şabranda qəbul keçirəcək Yanvarın 22-də baş tutacaq qəbulda iştirak etmək istəyən şəxslər əvvəlcədən qeydiyyatdan keçməlidir
Mədəniyyət siyasəti
14 Yanvar , 2015 14:21
Əbülfəs Qarayev Şabranda qəbul keçirəcək

Bakı. 14 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 22-də saat 11:00-da Şabran şəhəri Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşlar qəbula nazirliyin [email protected] elektron poçt ünvanı, rəsmi saytı, telefon məlumat sistemi vasitəsi ilə yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi