​Əbülfəs Qarayev Rusiyada “İNAM” mükafatına layiq görülüb

​Əbülfəs Qarayev Rusiyada “İNAM” mükafatına layiq görülüb Mükafatlandırma mərasimi Moskvada baş tutub
Mədəniyyət siyasəti
1 İyun , 2016 01:47
​Əbülfəs Qarayev Rusiyada “İNAM” mükafatına layiq görülüb

Bakı. 1 iyun. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiyada "İNAM" mükafatına layiq görülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, sözügedən mükafat hər il təsviri incəsənət sahəsində "Ənənələr və müasirlik" festivalı çərçivəsində təqdim olunur.

Təntənəli mükafatlandırma mərasimi çərşənbə axşamı Moskva Beynəlxalq Musiqi Evinin Teatr zalında baş tutub.

Qaliblər 19 ixtisas və 3 xüsusi nominasiya üzrə müəyyən edilib. Nazir bu mükafata Azərbaycan nümayəndə heyətinin müsabiqədə çox fəal iştirak etməsi və çoxlu sayda əsər təqdim etməsi səbəbindən layiq görülüb.

Son xəbərlər

Orphus sistemi