Əbülfəs Qarayev Oğuz şəhərində vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Oğuz şəhərində vətəndaşları qəbul edəcək Qəbul iyulun 15-də olacaq
Mədəniyyət siyasəti
13 İyul , 2015 15:25
Əbülfəs Qarayev Oğuz şəhərində vətəndaşları qəbul edəcək

Bakı. 13 iyul. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 15-i saat 11-də Oğuz şəhərində vətəndaşları qəbul edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Oğuz şəhərində Olimpiya İdman Kompleksində baş tutacaq görüşdə Şəki, Mingəçevir şəhər, Oğuz, Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlara yaşadıqları rayonun mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları tövsiyə edilib. 

Son xəbərlər

Orphus sistemi