​Əbülfəs Qarayev: ""Köçəri" tərəkəmə tayfalarının rəqsidir və Azərbaycana məxsusdur"

​Əbülfəs Qarayev: ""Köçəri" tərəkəmə tayfalarının rəqsidir və Azərbaycana məxsusdur" "Azərbaycan "Yallı" rəqsinin UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilməsi ilə bağlı məsələ qaldıracaq"
Mədəniyyət siyasəti
2 İyun , 2015 19:04
​Əbülfəs Qarayev: Köçəri tərəkəmə tayfalarının rəqsidir və Azərbaycana məxsusdur

Bakı. 2 iyun. REPORT.AZ/ ""Köçəri" tərəkəmə tayfalarının rəqsidir. Bu rəqs bizə - Azərbaycana məxsusdur". "Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qonşular hər zaman oğurluqla məşğuldurlar: "Biz buna öyrəşmişik. Ötən dəfə də lavaş məsələsində qələbə çaldıq. Onlar "Köçəri" ilə bağlı bu iddianı irəli sürüblər. Amma biz bu dəfə susmayacağıq və öz hüququmuzu tələb edəcəyik. Biz həmçinin "Yallı" rəqsinin UNESCO-nun qeyri maddi-mədəni irs siyahısına daxil edilməsi ilə bağlı məsələ qaldıracaq. Çünki "Köçəri" "Yallı"nın ayrılmaz hissəsidir. Bununla bağlı ermənilərə layiqli cavablarını verəcəyik".

Son xəbərlər

Orphus sistemi