Əbülfəs Qarayev iki şöbə müdirini vəzifədən azad edib

Əbülfəs Qarayev iki şöbə müdirini vəzifədən azad edib İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov vəzifəsinə məsuliyyətsiz yanaşdığına görə işdən çıxarılıb
Mədəniyyət siyasəti
8 Dekabr , 2015 09:51
Əbülfəs Qarayev iki şöbə müdirini vəzifədən azad edib

Bakı. 8 dekabr. REPORT.AZ/ İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Süleyman Bəşirov vəzifədən azad olunub. "Report" xəbər verir ki, bu barədə qərar Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayev və struktur bölmələrin iştirakı ilə keçirilən kollegiya iclasında qəbul olunub. 

S.Bəşirov şöbənin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə işdən çıxarılıb.  Onun vəzifədən azad olunması barədə təqdimat verilməsi qərara alınıb.

Həmçinin 65 yaşı tamam olduğuna görə Zərdab Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Eldəniz Abdullayevlə bağlanan əmək müqaviləsinə 1 yanvar 2016-cı il tarixində xitam verilməsi haqda qərar qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi