​Əbülfəs Qarayev İƏT-in baş katibi ilə görüşüb

​Əbülfəs Qarayev İƏT-in baş katibi ilə görüşüb Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib
Mədəniyyət siyasəti
18 May , 2015 20:50
​Əbülfəs Qarayev İƏT-in baş katibi ilə görüşüb

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub. Görüşdə artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb və bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Söhbət zamanı Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub

Son xəbərlər

Orphus sistemi