Əbülfəs Qarayev Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir

Əbülfəs Qarayev Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir Azərbaycan nümayəndə heyəti Madridə yola düşüb
Mədəniyyət siyasəti
14 Aprel , 2015 10:52
Əbülfəs Qarayev Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir

Bakı. 14 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyada səfərdədir. "Report" xəbər verir ki, nazirin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-dən 15-dək İspaniyanın Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir. 

Sammitin ilk günü dünyanın turizm nazirləri və qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında dəyirmi masa formatında görüş keçiriləcək.

Sammit çərçivəsində nazir Əbülfəs Qarayevin BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü və bir sıra digər ikitərəfli görüşləri planlaşdırılır. Görüşlərdə mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMÜTT-nin dəstəyi ilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq.  

Son xəbərlər

Orphus sistemi