​Əbülfəs Qarayev BMT baş katibi ilə görüşəcək

​Əbülfəs Qarayev BMT baş katibi ilə görüşəcək Mədəniyyət və turizm naziri ABŞ-a gedib
Mədəniyyət siyasəti
26 Yanvar , 2015 20:57
​Əbülfəs Qarayev BMT baş katibi ilə görüşəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ABŞ-a gedib. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalararası dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının birgə təşkilatçılığı ilə 2015-ci ilin 27 yanvar tarixində BMT-nin Baş Qərargahında, 28 yanvar tarixində isə ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu ilə Nyu-York şəhərində "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimləri təşkil ediləcək.

3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq işçi qrupunun iclası da keçiriləcək tədbirlər sırasında yer alır.

Yanvarın 31-dək davam edəcək səfər çərçivəsində Ə.Qarayevin BMT baş katibi Pan Gi Mun və onun Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Əl-Nasser, eləcə də Etnik Anlaşma Fondunun rəhbəri Ravvin Mark Şnayr, Bruklin şəhərinin meri Erik Adams və digər yüksək səviyyəli şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il mayın 18-19-da Bakıda keçiriləcək. Azərbaycan dövlətinin beynəlxalq layihəsi olan Forum YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə təşkil olunur.

Son xəbərlər

Orphus sistemi