Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanmaq üçün yeni filmlər təqdim olunub

Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanmaq üçün yeni filmlər təqdim olunub Hər bir kinosənəd haqqında müfəssəl məlumat hazırlanır
Mədəniyyət siyasəti
22 Oktyabr , 2015 14:54
Dövlət Kino-Foto Sənədləri Arxivinə daimi saxlanmaq üçün yeni filmlər təqdim olunub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" sənədli filmlər studiyası daimi saxlanılmaq məqsədi ilə Dövlət Kino-Foto Sənədləri Arxivinə 40 sənədli film təqdim edib. Bu barədə "Report"a Milli Arxiv İdarəsindən məlumat verilib.

2008-2013-cü illərdə istehsal olunan "Adsız məzar" (rejissorlar: Kəmalə Musazadə, İqbal Məmmədəliyev), "Təxəllüsü Mixaylo" (rejissor: Tahir Əliyev), "Milli kitabxana" (rejissor: Tahir Əliyev), "Sualtı sərvətimiz" (rejissorlar: İqbal Məmmədəliyev, Eyyub Danışvəri), "Azərbaycan mətbəxinin rəngləri" (rejissor: Nicat Feyzullayev), "Kazım Qarabəkir Paşa" (rejissor: Tahir Əliyev), "Dədələr yolu" (rejissor: Tofiq Məmmədov), "Ümid yeri" (rejissor: Mojkan Ehrari), "İz qala" (rejissor: Şamil Əliyev), "Muğam və başqaları" (rejissor: Şamil Əliyev), "Akademik" (rejissor: Tahir Əliyev), "Dostuma məktub" (rejissor: Yefim Abramov), "Vətənim mənim" (rejissor: Kəmalə Musayeva), "Xatirələrdə yaşayan ömür" (rejissor: Tofiq Məmmədov"), "Şirin Mirzəyev" (rejissor: Vüsalə Mirzəyeva), "Qafqaz qartalının uçuşu" (rejissor: Tahir Əliyev), "Sirk səmasının cazibəsi" (rejissor: Namiq Qurbanov), "Qara oyunlar"- I seriya (rejissor: Mehriban Ələkbərzadə), "Qara oyunlar"- II seriya (rejissor: Mehriban Ələkbərzadə), "Qara oyunlar" - III seriya (rejissor: Mehriban Ələkbərzadə), "Musiqi və zaman" (rejissor: Ziya Şıxlinski), "Cənuba şimal küləyi" (rejissor: Mahmud Məmmədov), "Novruz təranələri" (rejissor: Ziya Şıxlinski), "Korrupsiyaya qarşı hamılıqla mübarizə" (rejissor: Elşən Zeynallı), " Səsin iziylə" (rejissorlar: Andrey Pavlenko, Tahir Əliyevin iştirakı ilə), "Maestro" (rejissor: Tofiq İsmayılov), "Çövkən" (rejissor: Rafiq Quliyev), "Top həm düşər, həm qalxar" (rejissor: Arzu Urşan), "Xəzərdən Dunaya" (rejissor: Tahir Əliyev), "Medo Hollandiyadadır" (rejissor: Tahir Əliyev), "XX əsrin son payızı" (rejissor: Tahir Əliyev), "IX korpus" (rejissor: Tahir Əliyev), "İşıq şəhəri" (rejissor: Lalə Axundova), "Azərbaycanda olan muğam-caz" (rejissor: Klaus Bernhard), "Parisdən məktublar" (rejissor: Tahir Əliyev), "Azərbaycan səması altında" (rejissor: Saqrario Perininian), "Müslüm Maqomayev haqqında xatirələr" (rejissor: Tofiq İsmayılov), "Əsrə sığmayan həyat" (rejissor: Mariya İbrahimova), "Əbədiyyət yolu" (rejissor: Rauf Əliyev), "Vətəni ucaldan əməlin" (rejissor: Yaver Rzayev) sənədli filmlərinin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.

Hər bir kinosənəd haqqında müfəssəl məlumat hazırlanır.

Son xəbərlər

Orphus sistemi