​Daşkənddə keçirilən beynəlxalq xeyriyyə festivalında Azərbaycan mətbəxi təqdim edilib

​Daşkənddə keçirilən beynəlxalq xeyriyyə festivalında Azərbaycan mətbəxi təqdim edilib Azərbaycan yeməklərinə festivalda böyük maraq göstərilib və ən çox sifariş verilən təamlar olub
Mədəniyyət siyasəti
16 May , 2016 11:38
​Daşkənddə keçirilən beynəlxalq xeyriyyə festivalında Azərbaycan mətbəxi təqdim edilib

Bakı. 16 may. REPORT.AZ/ Özbəkistan paytaxtı Daşkənddə keçirilən "Xalqların adət-ənənələri və milli yeməkləri" adlı beynəlxalq xeyriyyə festivalında Azərbaycan mətbəxi təqdim edilib.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, festivalda Özbəkistanda akkreditə olunan səfirliklər və beynəlxalq təşkilatlar öz xalqlarının adət-ənənələrini nümayiş etdiriblər, qonaqlara özmilli yeməklərini və şirniyyatlarını təqdim ediblər. 

Festivalda Azərbaycanı ölkənin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan milli xörəklər-dolma, plov, dovğa, kükü, müxtəlif kabablar, həmçinin şirniyyatlardan şəkərbura, paxlava və s. qonaqlara təklif edilib. Azərbaycan yeməklərinə festivalda böyük maraq göstərilib və ən çox sifariş verilən təamlar olub.

Tədbir çərçivəsində Festivalın Təşkilat Komitəsinə, Özbəkistandakı xarici ölkələrin səfirlərinə Azərbaycan yeməkləri və şirniyyatları ilə ziyafət verilib.

Azərbaycan üçün ayrılan guşədə Azərbaycan mədəniyyətinə dair suvenirlər, xalçalarımız, milli geyimlər, milli musiqi alətləri, həmçinin milli məişət əşyaları nümayiş etdirilib. 

Sonda əldə olunan gəlir Daşkənddəki uşaq evlərinə əvəzsiz olaraq verilib.

Son xəbərlər

Orphus sistemi