​Daşkənddə azərbaycanlı rəssam Yusif Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub

​Daşkənddə azərbaycanlı rəssam Yusif Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub Tanınmış rəssamın barelyefi onun 70 illik yubileyi münasibətilə açılıb
Mədəniyyət siyasəti
4 Mart , 2016 13:35
​Daşkənddə azərbaycanlı rəssam Yusif Hüseynovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub

Bakı. 4 mart. REPORT.AZ/ Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü, tanınmış azərbaycanlı rəssam, kino-teatr xadimi Yusif Hüseynovun Daşkənddə yaşadığı binanın qarşısında onun barelyefinin açılışı olub. "Report"un məlumatına görə, tədbir Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindədəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında tanınmış rəssamın 70 illik yubileyi münasibətilə gerçəkləşib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dövləti tərəfindən öz soydaşlarının irsinin öyrənilməsi və təbliğinin prioritet məsələ kimi qəbul edildiyini vurğulayıb.

Yusif Hüseynovun oğlu rəssam Zaur Mansurov atasının xatirəsinin əbədiləşdirilməsi, onun yaşadığı binada xatirə löhvəsinin vurulmasına görə ailəsi adından Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yusif Hüseynov 1980 - 2006-cı ildə Daşkənddəki Yunisabad rayonunda 14-cü məhəllə, 1-ci binada yaşayıb. 

Son xəbərlər

Orphus sistemi