Budapeştdə ermənilərin yalanını ifşa edən filmin təqdimatı keçirilib

Budapeştdə ermənilərin yalanını ifşa edən filmin təqdimatı keçirilib Filmin müəllifi BSU-nun dosentidir
Mədəniyyət siyasəti
16 Sentyabr , 2016 15:44
Budapeştdə ermənilərin yalanını ifşa edən filmin təqdimatı keçirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyində Bakı Slavyan Universitetinin (BSU) dosenti, tanınmış jurnalist və tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu “Tarixi həqiqətlərin izi ilə” iki hissəli sənədli filmin təqdimat mərasimi keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, arxiv mənbələri əsasında, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilən kino-lentdə ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları və dünyaya yüksək mədəni dəyərlər yaymaları barəsindəki mif tutarlı arqument və faktlarla təkzib olunur, onların Cənubi Qafqaza, indi yaşadıqları və işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir.

Filmin ikinci hissəsi Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olmasına, burada türk-islam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrin mövcudluğuna həsr edilib.

Təqdimat mərasimində çıxış edən səfir Vilayət Quliyev Azərbaycan əsgərinin 1918-ci ilin sentyabrın 15-də Bakını azad etdiyi kimi işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonları da mütləq azadlığa qovuşduracağına inamını bildirib.

Şəlalə Həsənova film üzərindəki işi və Cənubi Qafqazın erməni yalanlarından təmizlənmiş gerçək tarixinin populyar şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gələcək planlarından danışıb.

Son xəbərlər

Orphus sistemi