Bu il Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artıb

Bu il Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artıb İrandan gələn xarici vətəndaşların səfəri Novruz bayramına təsadüf etdiyidən ən çox artım mart ayında qeydə alınıb
Mədəniyyət siyasəti
25 İyun , 2016 15:58
Bu il Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artıb

Bakı. 25 iyun. REPORT.AZ/ Bu ilin beş ayı ərzində İrandan Azərbaycana 74 890 nəfər səfər edib. 

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, 2015-ci ilin müvafiq dövründə isə bu rəqəm 61 096 nəfər olub. Yəni 2016-cı ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artıb.

Qeyd edək ki, İran vətəndaşlarının səfəri daha çox Novruz bayramına təsadüf etdiyindən ən çox artım 87 faiz olmaqla mart ayı ərzində qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi