Braziliyada Azərbaycan kino həftəsi keçirilib

Braziliyada Azərbaycan kino həftəsi keçirilib Portuqal dilinə tərcümə olunmuş Azərbaycan bir sıra bədii və sənədli filmləri nümayiş etdirilib
Mədəniyyət siyasəti
14 Aprel , 2016 18:58
Braziliyada Azərbaycan kino həftəsi keçirilib

Bakı. 14 aprel. REPORT.AZ/ Braziliyanın paytaxtında yerləşən Braziliya Bankının Mədəniyyət Mərkəzində (CCBB) Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, Azərbaycanın Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə portuqal dilinə tərcümə olunmuş Azərbaycan sənədli və bədii filmlərindən ibarət kino həftəsi keçirilib. 

Azərbaycanın Braziliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, kino həftəsi çərçivəsində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi həmçinin, “Arşın mal alan”, “Nabat”, “Çölçü”, “Təhminə” və “Axınla aşağı” bədii filmləri nümayiş etdirilib.

Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən tədbirin əsas filmi kimi Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi seçilib.

Tədbirin əvvəlində Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanovçıxış edərək, Arzu Əliyevanın layihə rəhbəri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunduğunu və filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində Qələbədə tarixi rolunu, Bakı neftinin strateji əhəmiyyətini bütün dünyaya göstərmək eyni zamanda, bu tarixi həqiqəti indiki və gələcək nəsillərə çatdırmaqdan ibarət olduğunu qeyd edib. O, filmin təqdim edilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü ifadə edib.

Səfir E.Sultanov çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır” sənədli filminin üzərində iş zamanı bir sıra ölkələrin arxivlərində çoxsaylı sənədlər araşdırıldığını və filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxıldığını vurğulayıb.

Filmin aktual xarakter daşıdığını bildirən səfir E.Sultanov dünyanın müxtəlif yerlərində zorakılığın, ekstremizmin, qaçqın böhranı və digər neqativ halların davam etdiyini qeyd edərək ölkəmizin 20 faiz torpaqlarının Ermənistan tərəfindən iyirmi ildən artıq işğal olduğunu qonaqların diqqətinə çatdırıb. O həmçinin,son vaxtlar Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması və törədilən təxribatlar barədə məlumat verib.

Çıxışın sonunda səfir bufilmin tarixdən ibrət dərsləri çıxarılmasının əhəmiyyəti baxımından həmçinin,sülh, ədalət və təhlükəsizliyin bərqərar olunması və beynəlxalq hüquqa riyaət edilməsi üçün güclü ismarıc göndərdiyini vurğulayıb.

Filmin nümayişi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə yerli ictimaiyyətin və Braziliyada akkreditə olunan diplomatik korpusunnümayəndələri, eləcə də Azərbaycan səfirliyinin əməkdaşları iştirak edib.

Son xəbərlər

Orphus sistemi