BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıda səfərdədir

BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıda səfərdədir Səfər 7-ci Qlobal Foruma hazırlıq işləri ilə əlaqədardır
Mədəniyyət siyasəti
8 Sentyabr , 2015 17:28
BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıda səfərdədir

Bakı. 8 sentyabr. REPORT.AZ/ BMT Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumuna hazırlıqla bağlı təşkilatın nümayəndə heyəti Bakıya səfərə gəlib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Səfər çərçivəsində nümayəndə heyəti ilə tədbirə hazırlıqla bağlı yaradılmış Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə arasında görüş keçiriləcək.

Bununla yanaşı, nümayəndə həyətinin Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüş çərçivəsində Azərbaycanla BMTSA arasında əməkdaşlığın hazırkı vəziyyəti, forumun keçirilməsi barədə müqavilənin mətni, forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçılarının, nazirlərin dəvət olunması, tədbirin TV və internet üzərindən yayımlanması və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev BMTSA-nın 7-ci Qlobal Forumunun aprelin 25-27-də Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması sərəncam imzalayıb.

Forumda BMT-yə üzv ölkələr, qurumun sisteminə daxil olan beynəlxalq təşkilatlar, tərəfdaş beynəlxalq təşkilatlar və QHT nümayəndələrindən ibarət 3000-dən artıq rəsmi şəxslərin iştirakı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi