Bakı.16 dekabr. REPORT.AZ/ Bu gün Bakının Binəqədi rayonu ərazisindəki Mərkəzi Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri iştirak edib.
Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Zivər Abbasova mədəniyyət ocağının fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 1901-ci ildə inşa edilən binada ilk dəfədir əsaslı təmir işləri aparılıb.
Mədəniyyət evinin açılışından sonra mədəniyyət ocağının nəzdində fəaliyyət göstərən "Pöhrə" rəqs qrupu və "Qönçə" instrumental ansamblının ifasında rəqslər və mahnılar təqdim olunub.