Beynəlxalq Muğam Festivalının açılışı Heydər Əliyev Mərkəzində olacaq

Beynəlxalq Muğam Festivalının açılışı Heydər Əliyev Mərkəzində olacaq Festivalın ilk günündə 4 ölkənin muğam ustası çıxış edəcək
Mədəniyyət siyasəti
3 Mart , 2015 20:43
Beynəlxalq Muğam Festivalının açılışı Heydər Əliyev Mərkəzində olacaq

Bakı. 3 mart. REPORT.AZ/ Martın 11-də Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü ilə "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalının təntənəli açılışı olacaq.

"Report" xəbər verir ki, Beynəlxalq Muğam Festivalının açılışı Heydər Əliyev Mərkəzində baş tutacaq.

Festivalın ilk günü qala-konsert keçiriləcək. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Fəxrəddin Kərimovun dirijorluğu ilə baş tutacaq konsertdə Dövlət Xor Kapellası çıxış edəcək.

Beynəlxalq festivalın ilk qonaqları Tacikistan, Fransa və Çin musiqiçiləri olacaq.

Azərbaycanı xalq artisti Zabit Nəbizadə təmsil edəcək.

Martın 12-də beynəlxalq festival elmi simpoziumlar və Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə davam edəcək.

Martın 18-dək davam edəcək festivalın bağlanış mərasimi Heydər Əliyev Sarayında olacaq.

Qeyd edək ki, beynəlxalq festivalın bədii rəhbəri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadədir.

Son xəbərlər

Orphus sistemi