Belçikada Novruz şənliyi təşkil olunub

Belçikada Novruz şənliyi təşkil olunub Tədbirdə Azərbaycan musiqisi sədaları altında milli rəqslərimiz ifa edilmiş və bayram süfrəsi açılıb
Mədəniyyət siyasəti
23 Mart , 2015 16:49
Belçikada Novruz şənliyi təşkil olunub

Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycan – Belçika Dostluq Cəmiyyəti və Belçikanın Ham şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə Ham şəhərində Novruz bayramı qeyd edilib.

Azərbaycanın Belçikadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Belçika – Boliviya Yardımlaşma Təşkilatı, Gent Türk Ocağı, Benilüks Türkmən Təşkilatı, eyni zamanda, Ham Bələdiyyəsi nəzdində fəaliyyət göstərən, Belçika, Hollandiya, Əlcəzir, Peru və Mərakeş Qruplarının rəhbər və üzvləri iştirak ediblər.

Bayram tədbirində Ham şəhərinin Bələdiyyə rəisi Dirk De Vis, Azərbaycan – Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi, Ham Bələdiyyəsinin inteqrasiya şöbəsinin rəisi Yasemin Soysal və digərləri tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik ediblər. Səfirliyin I katibi Əli Əliyev tədbirdə çıxış edərək, səfir Fuad İsgəndərovun tədbir iştirakçılarına təbrik mesajlarını çatdırıb.

Tədbirdə Azərbaycan musiqisi sədaları altında milli rəqslərimiz ifa edilmiş və bayram süfrəsi açılıb.

Son xəbərlər

Orphus sistemi