Bakıda Yaponiyanın Va-Liqa ansamblının konserti olacaq

Bakıda Yaponiyanın Va-Liqa ansamblının konserti olacaq Konsert Bakının Xətai rayonundakı Yapon bağında keçiriləcək
Mədəniyyət siyasəti
22 İyun , 2016 20:46
Bakıda Yaponiyanın Va-Liqa ansamblının konserti olacaq

Bakı. 22 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda Heydər Əliyev Parkı ərazisində salınan Yapon Bağında Yaponiyanın Va-Liqa ansamblının konserti təşkil olunacaq.

Yaponiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, konsert bu il iyulun 2-də saat 18:00-də Multikulturalizm ili çərçivəsində keçiriləcək.

Konsertdə Yapon musigisi ilə yanaşı, Azərbaycan musiqisinin sintez ifaları da planlaşdırılır.

Bundan əlavə, Va-Liqa qrupu iyunun 29-da Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Şəki şəhərində bu il 7-ci dəfə keçiriləcək “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında da iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi