​Bakıda tekila festivalı keçiriləcək

​Bakıda tekila festivalı keçiriləcək Qonaqlara tekilanın növləri və istehsal prosesi haqqında məlumat veriləcək
Mədəniyyət siyasəti
30 Sentyabr , 2015 10:26
​Bakıda tekila festivalı keçiriləcək

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakıda tekila festivalının keçirilməsi nəzərdə tutulur.

Bu barədə "Report"a Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini bildirib.

Onun sözlərinə görə, festival oktyabrın sonlarına planlaşdırılır. Festivalda tekilanın müxtəlif növləri nümayiş olunacaq, həmçinin bu içki  növü üzrə Meksikadan dəvət olunacaq ekspert tekilanın sortları və istehsal prosesi barədə məlumat verəcək.

Bundan əlavə, Bakıda Meksika filmlərinə baxışın təşkil edilməsi, eləcə də fotosərginin təşkili də nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi