Bakıda təhsil kompleksində "Fransa günü" keçirilib

Bakıda təhsil kompleksində "Fransa günü" keçirilib Direktor: "Azərbaycan və Fransa arasında əlaqələr yüksək səviyyədə inkişaf edir"
Mədəniyyət siyasəti
14 Mart , 2016 16:18
Bakıda təhsil kompleksində Fransa günü keçirilib

Bakı. 14 mart. REPORT.AZ/ Bakıda 132-134 nömrəli təhsil kompleksində "Fransa günü" keçirilib. "Report" xəbər verir ki, tədbir Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən "Fransa günləri" çərçivəsində keçirilib.

Açılış mərasimində çıxış edən kompleksin direktoru Sara Xanlarova Azərbaycan və Fransa arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. O, artıq 12 ildir Fransa səfirliyi ilə birgə "Doğma məktəb" layihəsini həyata keçirdiklərini qeyd edib.

Öz növbəsində, Fransa səfirliyinin mədəniyyət işləri üzləri attaşesi İohann Şiterer vurğulayıb ki, Fransa Xarici İşlər Nazirliyinin və məşhur aşbaz Alen Dükassın təşəbbüsü ilə bütün dünya üzrə bu təhsil kompleksində də təşkil edilmiş "Fransa dadları" adlı tədbir keçirilir.

"Layihənin məqsədi Fransa mətbəxinin dünyada təbliğ edilməsidir", - deyə o bildirib.

Təhsil müəssisəsinin məktəblilərinin iştirakı ilə keçirilən konsertdən sonra şagirdlər üçün nahar süfrəsi açılıb.

Son xəbərlər

Orphus sistemi