Bakıda Rumıniya kinematoqrafçılarının istehsalı olan"Morgen" filminin təqdimatı keçirilib

Bakıda Rumıniya kinematoqrafçılarının istehsalı olan"Morgen" filminin təqdimatı keçirilib Film Frankofoniya həftəsi çərçivəsində nümayiş olunub
Mədəniyyət siyasəti
10 Mart , 2015 11:43
Bakıda Rumıniya kinematoqrafçılarının istehsalı olanMorgen filminin təqdimatı keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Bakıda məşhur rumın kinorejissoru Marian Krizanın "Morgen" filminin təqdimatı keçirilib. "Report" xəbər verir ki, tədbir Rumıniyanın Azərbaycandakı səfirliyi və Bakıda Frankofoniya həftəsi çərçivəsində (8-15 mart) Fransız İnstitutu tərəfindən təşkil olunub. 

Təqdimat mərasimində Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, tələbələr və gənclər iştirak edib. 

Tədbiri açan Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qeyd edib ki, hər il Bakıda keçirilən Frankofoniya həftəsi azərbaycanlı tamaşaçıların marağına səbəb olur. 

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu öz növbəsində bildirib ki, film rumın və türkün dostluğundan bəhs edir. Filmdə baş rolu türk aktyoru Yılmaz Yalçın ifa edir. Səfir qeyd edib ki, Rumıniya Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət ayırır, o cümlədən də mədəniyyət sahəsində. 

Qeyd edək ki, "Morgen" filmi Lokarno, Saloniki, Lüksemburqda festivallarda bir sıra mükafatlar alıb. 

Son xəbərlər

Orphus sistemi