Bakıda Milli Azlıqların V Respublika Festivalı keçiriləcək

Bakıda Milli Azlıqların V Respublika Festivalı keçiriləcək Festival “Azərbaycan – doğma diyar” devizi altında təşkil ediləcək
Mədəniyyət siyasəti
24 İyun , 2016 16:29
Bakıda Milli Azlıqların V Respublika Festivalı keçiriləcək

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda Milli Azlıqların V Respublika Festivalı keçiriləcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Festival iyunun 28-dən 30-dək “Azərbaycan – doğma diyar” devizi altında keçiriləcək. 

Tədbir çərçivəsində iyunun 28-29-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında bədii kollektivlərin çıxışları, iyunun 30-da Heydər Əliyev Sarayında festivalın qala konserti təşkil olunacaq.

Bununla yanaşı, Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərginin, 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folklor nümunələri” diskinin və foto-kataloqun təqdimatı, habelə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda "dəyirmi masa"nın təşkili planlaşdırılıb.

Qeyd edək ki, festival 2006-cı ildən keçirilir.

Son xəbərlər

Orphus sistemi