Bakıda K-pop festivalı keçirilib

Bakıda K-pop festivalı keçirilib Qalib gələn komandalar bu ilin sentyabrında Koreyada keçiriləcək Dünya K-pop festivalında Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar
Mədəniyyət siyasəti
25 Aprel , 2016 17:07
Bakıda K-pop festivalı keçirilib

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində K-pop festivalı keçirilib. "Report" xəbər verir ki, festivalı Koreyanın Azərbaycandakı səfirliyi təşkil edib.

Bu ilki festivalı müasir Koreya musiqisini və ritmik K-pop janrını sevən 21 komandaya bölünmüş 37 gənc iştirak edib. Festivalda birinci yerə "Bts- Dope", "Bts-danger" adlı mahnısı ilə rəqs edən Emin Ağayev və "Black Zone Crew" adlı komanda layiq görülüb. İkinci yeri isə T-ara-nın "Number Nineadlı" mahnısını ifa edən Pınar Ələkbərzadə adlı iştirakçı tutub.

Tədbirdə həmçinin "Samsung" şirkəti işçilərinin musiqi qurupu öz ifası ilə qonaq olub.

Festivalda birinci və ikinci yeri tutan komandalar bu ilin sentyabrında Koreyada keçiriləcək Dünya K-pop festivalında Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar. Dünya K-pop festivalının final iştirakçıları ayrıca seçim prosesini keçdikdən sonra müəyyən ediləcək. 

Son xəbərlər

Orphus sistemi