Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakıda "İspan musiqisi və poeziyası axşamı" keçiriləcək.
İspaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir oktyabrın 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.
Azərbaycan Dillər Universitetinin və Bakı Musiqi Akademiyasının tələbələri ən yaxşı ispan müəlliflərinin əsərlərindən seçilmiş nümunələr təqdim edəcəklər.
Xatırladaq ki, tədbir Bakıdakı İspaniya Səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Söz” ədəbi layihəsi tərəfindən keçiriləcək.