Bakıda “İlaxır çərşənbə” münasibətilə təntənəli bayram tədbiri keçirilir - FOTO

Bakıda “İlaxır çərşənbə” münasibətilə təntənəli bayram tədbiri keçirilir - FOTO Dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı “Atəşgahı”na yola düşüb
Mədəniyyət siyasəti
15 Mart , 2016 11:56
Bakıda “İlaxır çərşənbə” münasibətilə təntənəli bayram tədbiri keçirilir - FOTO

Bakı. 15 mart. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti “İlaxır çərşənbə” günü münasibətilə təntənəli bayram tədbiri təşkil edib.

“Report”un xəbərinə görə, Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı “Atəşgahı”na yola düşüb.

Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xəqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib.

Karvan Heydər Əliyev prospektinə çıxıb, metronun “Koroğlu”stansiyasının qarşısından keçib, Hava limanı avtomagistralı ilə hərəkət edərək Suraxanı “Atəşgah”ına yola düşəcək.

Atəşgahdan od götürən bayram karvanı geriyə qayıdaraq Hava Limanı avtomagistralı, metronun “Koroğlu” stansiyasının yanındakı “Alov” Fontanın qarşısından keçərək Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, 28 May küçəsi, Rəşid Behbudov prospekti, Füzuli küçəsi və Heydər Əliyev Sarayından keçib Şəhər Mərkəzi Parkda Bayram Tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

Son xəbərlər

Orphus sistemi