​Bakıda Hindistanın milli bayramı qeyd edilib

​Bakıda Hindistanın milli bayramı qeyd edilib Səfir: "İki ölkə arasında tarixən sıx münasibətlə mövcud olub"
Mədəniyyət siyasəti
27 Yanvar , 2015 00:09
​Bakıda Hindistanın milli bayramı qeyd edilib

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıda Hindistanın milli bayramı - Respublika gününə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirin əvvəlində Hindistan və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar qeyd edib ki, iki ölkə arasında tarixən sıx münasibətlər mövcud olub. O qeyd edib ki, Azərbaycanla ilk olaraq diplomatik münasibətlər quran ölkələrdən biri də Hindistandır.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov öz növbəsində ölkə rəhbərliyi adından bütün hindistanlıları milli bayramları münasibəti ilə təbrik edib.

O, iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, tədbirdə xarici ölkələrin səfirləri, deputatlar, Azərbaycan ictimaiyyətinin nümayəndələri, həmçinin ölkəmizdə yaşayan Hindistan vətəndaşları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi