Bakıda Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə sərgi keçiriləcək

Bakıda Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə sərgi keçiriləcək Sərginin açılışında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun da iştirak edəcək
Mədəniyyət siyasəti
13 Aprel , 2015 12:05
Bakıda Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə sərgi keçiriləcək

Bakı. 13 aprel. REPORT.AZ/ Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Azərbaycanda sərgi keçiriləcək. Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Müharibədən sülhə" adlı foto-sərgi Türkiyənin Azərbaycandakı səfirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan İstiqlal Muzeyi və Atatürk Mərkəzinin birgə təşəbbüsü ilə baş tutacaq.

Sərginin açılışında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun da iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyində keçiriləcək sərginin açılışı aprelin 14-də olacaq və aprelin 21-nə qədər davam edəcək.  

Son xəbərlər

Orphus sistemi