Bakıda Beynəlxalq Yoqa Günü qeyd olunub - FOTO

Bakıda Beynəlxalq Yoqa Günü qeyd olunub - FOTO Hindistan səfiri: "Azərbaycanda yoqa ildən-ilə populyarlaşır"
Mədəniyyət siyasəti
21 İyun , 2016 20:38
Bakıda Beynəlxalq Yoqa Günü qeyd olunub - FOTO

Bakı. 21 iyun. REPORT.AZ/ Bakıda Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Yoqa Günü qeyd olunub. 

"Report"un məlumatına görə, yoqa sessiyası əvvəlcə hindular arasında da müqəddəs sayılan "Atəşgah məbədi"ndə təşkil olunub.

Bundan əlavə, yoqa sessiyası Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana, diplomatik korpusun əməkdaşları, Azərbaycandakı hind diasporunun üzvləri və hind mədəniyyətsevərlərinin iştirakı ilə İçərişəhərdə keçirilib. 

Səfir bildirib ki, Beynəlxalq Yoqa Günü 2014-cü ildə BMT-nin qərarı ilə təsis edilib: "Yoqa heç bir dinlə bağlı deyil, sədəcə, insana təbiətlə əlaqə yaratmaq üçün imkandır". S.Rana Azərbaycanda yoqanın ildən-ilə populyarlaşmasından razı qaldığını bildirib. 

Qeyd edək ki, YARAT Müasir İncəsənət Mərkəzi Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə iyunun 26-da Bakıda növbəti yoqa sessiyası keçirəcək. 

Son xəbərlər

Orphus sistemi