​“Bakı - Avropa Oyunları 2015” adlı film çəkilir

​“Bakı - Avropa Oyunları 2015” adlı film çəkilir Filmin ssenari müəllifi Sergey Şaçin, rejissoru Natalya Zavoznenkodur
Mədəniyyət siyasəti
23 İyun , 2015 18:40
​“Bakı - Avropa Oyunları 2015” adlı film çəkilir

Bakı. 23 iyun. REPORT.AZ/ Bakıda keçirilən I Avropa Oyunları haqqında Rusiya kinematoqrafçılarının iştirakı ilə “Bakı - Avropa Oyunları 2015” adlı tammetrajlı sənədli film çəkilir. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Ölkədə yüksək səviyyədə təşkil olunan ilk Avropa Oyunları ilə yanaşı, filmdə Azərbaycanda qədim tarixi ənənələrə malik olan milli idman növlərinin yaranma tarixindən, inkişafından, xalqımızın həyat və məişətindəki mühüm yerindən də bəhs ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin “Dublyaj” studiyasında dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifi Sergey Şaçin və rejissoru Natalya Zavoznenko idman kinosu mövzusunda bir neçə beynəlxalq layihələrin müəllifləridirlər. Filmin operatorları Asif Qəhrəmanov, Allahverdi Şahqulubəyov, İvan Germanov, Aleksandr Koçubeydir.

Son xəbərlər

Orphus sistemi