​Azərbaycanlıların çəkdiyi film Türkiyədə II yerə layiq görülüb

​Azərbaycanlıların çəkdiyi film Türkiyədə II yerə layiq görülüb Film Xocavənd rayonunun Qaradağlı kəndində törədilən soyqırımda şəhid olan igidlərin qəhrəmanlığına, kəndin işğal tarixinə həsr olunub
Mədəniyyət siyasəti
27 Fevral , 2015 12:08
​Azərbaycanlıların çəkdiyi film Türkiyədə II yerə layiq görülüb

Bakı. 27 fevral. REPORT.AZ/ Türkiyənin "Hazar World" ("Xəzər dünya") jurnalının "Erməni işğalı altında olan Qarabağ" mövzusunda təşkil etdiyi "Xəzər" qısa film yarışmasında azərbaycanlı gənclərin çəkdiyi "Qara dağlı" filmi ikinci yerə layiq görülüb. Bu barədə "Report"a filmin ideya və ssenari müəllifi Röya Qarabağlı məlumat verib.

Onun sözlərinə görə, rejissoru Sadiq Fərzəlibəylinin olduğu ekran əsəri 50 film arasından seçilərək finalçılardan biri olub. Film 1992-ci il fevralın 17-də ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi soyqırımda şəhid olan igidlərin qəhrəmanlığına, kəndin işğal tarixinə həsr olunub.

Qeyd edək ki, müsabiqədə birinci yeri "Cənnətin çiçəkləri", üçüncü yeri isə "Qarabağ Turan" filmləri tutub. 

Son xəbərlər

Orphus sistemi