Azərbaycanlı müğənni Türkiyədə tamaşaçılara duyğulu anlar yaşadıb – FOTO

Azərbaycanlı müğənni Türkiyədə tamaşaçılara duyğulu anlar yaşadıb – FOTO İfaçı tədbirin fəxri mükafatına layiq görülüb.
Mədəniyyət siyasəti
21 May , 2016 06:13
Azərbaycanlı müğənni Türkiyədə tamaşaçılara duyğulu anlar yaşadıb – FOTO

Bakı. 21 May. REPORT.AZ/ “Dünya Qarapapaq Türk İs adamları” təşkilatının Türkiyənin Sivas bölgəsində Sivas Mədəniyyət Qurultayı keçirilib. "Report" xəbər verir ki, qurultay Türkiyənin “İstiqlal marşı”nın səslənməsi ilə başlayıb.

Tədbirə Azərbaycandan müğənni Rövşən Civişov da qatılıb. O, bir neçə xalq mahnısı ifa edib.

Həmçinin müğənni tədbirdə “Mehriban ana” mahnısını da ifa edib ki, bu da tamaşaçılara duyğulu anlar yaşadıb. Alqışlarla çıxış edən ifaçı tədbirin fəxri mükafatına layiq görülüb.

Qeyd edək ki, tədbirdə Azərbaycandan və Gürcüstandan sənətçi İlham Əsgəroğlu və şairələr Səadət Buta, Zəhra Xəlili də çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi