Azərbaycanla Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanla Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb Əbülfəs Qarayev Argentinanın turizm naziri Enrique Meyerlə görüşüb
Mədəniyyət siyasəti
29 May , 2015 11:24
Azərbaycanla Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalanıb

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Argentinanın turizm naziri Enrique Meyerlə görüşüb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Eyni zamanda, nazirlər Azərbaycanla Argentina arasında turizm sahəsində əməkdaşlıq sazişi imzalayıblar. 

Qeyd edək ki, məniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü iclasında iştirak etmək üçün Xorvatiyada səfərdədir.

Sessiyada "Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi