Azərbaycanın Özbəkistandakı səfirliyində bayram tədbiri keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyində bayram tədbiri keçirilib Mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diaspor təşkilatlarının üzvləri iştirak edib
Mədəniyyət siyasəti
29 Dekabr , 2014 14:19
Azərbaycanın Özbəkistandakı səfirliyində bayram tədbiri keçirilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspor təşkilatının birgə təşkilatçılığı ilə Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə mərasim keçirilib.

"Report" xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diaspor təşkilatlarının üzvləri iştirak edib. 

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına təbriki oxunub. 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl bayramı münasibətilə salona toplaşanları təbrik edib, bu bayramın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 

Rəsmi hissədən sonra mərasim iştirakçılarına ziyafət verilib, Azərbaycan musiqisindən ibarət konsert proqramı təqdim olunub.

Son xəbərlər

Orphus sistemi