Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib

Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib Tədbirdə uşaqlara hədiyyələr paylanılıb
Mədəniyyət siyasəti
26 Dekabr , 2015 14:25
Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi xeyriyyə tədbiri keçirib.

Mərkəzdən "Report"a verilən məlumata görə, Daşkənddəki 30 saylı uşaq evində keçirilən tədbir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunub.

Bayram tədbirində çıxış edən 30 saylı uşaq evinin direktoru Firuza Osmanxocayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O, uşaq evində olan azərbaycanlı uşaqlar haqqında məlumat vermiş və gələcəyin istedadlarının yetişməsində bu cür tədbirlərin rolunu qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov rəhbərlik etdiyi təşkilat tərəfindən istedadlı uşaqların üzə çıxarılması, iki ölkə arasında mədəni, dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layhələr barədə məlumat verib. O bu sahədə Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada çoxsaylı xeyriyyə tədbirlərini həyata keçirdiyini qeyd edib.

Daha sonra uşaq evinin istedadlı uşaqları tərəfindən hazırlanmış konsert proqramı və səhnəciklər nümayiş olunub.

Tədbirin sonunda Azərbaycan Mədəniyyət Mərkəzinin bayram sovqatı və hədiyyələr uşaqlara təqdim olunub. Onlar milli xörəklərə, şirniyyatlara qonaq ediliblər.

Qeyd edək ki, Daşkənddəki 30 saylı uşaq evində 150 uşaq yaşayır və təhsil alır. Onlardan 8-i azərbaycanlıdır.

Son xəbərlər

Orphus sistemi