Azərbaycanın Litvadakı səfirliyi 12-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib

Azərbaycanın Litvadakı səfirliyi 12-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlar nümayiş olunub
Mədəniyyət siyasəti
1 Dekabr , 2014 12:34
Azərbaycanın Litvadakı  səfirliyi 12-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanın Litvadakı Səfirliyi Litvada akkreditə olunmuş dioplomatik nümayəndəliklərin iştirakı ilə Vilnüs şəhər Ratuşasında keçirilmiş 12-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında iştirak edib. "Report"a səfirlikdən verilən məlumata görə, Yarmarkanın keçirilməsinin əsas məqsədi Litvalıların ölkədə akkreditə olmuş xarici dövlətlərin tarixi, mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaları, o cümlədən iştirakçılar tərəfindən satışa çıxarılan milli məhsullardan əldə olunan vəsaitlərin Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına keçirilməsindən ibarət olub.

Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, kəlağayılar, ölkəmizlə bağlı şəkillər, kitablar, bukletlər, şirniyyatlarımızdan paxlava və şəkərbura, yuxa, narşərab, həmçinin içkilər, meyvə şirələri, mineral sular nümayiş olunub.

Tədbirin açılışında Litva Respublikasının sabiq Prezidenti Valdas Adamkus xanımı ilə iştirak edib. Açılış mərasimindən sonra Azərbaycan stendinə yaxınlaşan Litva rəsmiləri səfir Həsən Məmmədzadə tərəfindən qarşılanaraq nümayiş olunan məhsullar haqqında qısa məlumat verib.

Daha sonra Ratuşanın önündə quraşdırılmış milad yolkasının işıqlandırılması mərasimi keçirilib. Mərasimdə iştirak edən Vilnüş şəhər meri və diplomatik nümayəndəliklərin rəhbərləri öz ana dillərində Litvalıları qarşıdan gələn milad bayramı münasibətilə təbrik ediblər.

Qırxdan artıq diplomatik nümayəndəlik və xarici təşkilatların təmsil olunduğu yarmarkada Azərbaycanın stendi ən çox ziyarət edilən stendlərdən biri olub.

Son xəbərlər

Orphus sistemi