Azərbaycanın görkəmli xanəndəsi Səs Yazıları Arxivinə fonoalbom hədiyyə edib

Azərbaycanın görkəmli xanəndəsi Səs Yazıları Arxivinə fonoalbom hədiyyə edib Albom 3 kitab, 4 diskdən və bunları yerləşdirməkdən ötrü yüksək zövqlə hazırlanan qutudan ibarətdir
Mədəniyyət siyasəti
7 İyul , 2015 16:46
Azərbaycanın görkəmli xanəndəsi Səs Yazıları Arxivinə fonoalbom hədiyyə edib

Bakı. 7 iyul. REPORT.AZ/ Xalq artisti, muğam ustası, bəstəkar - xanəndə Əlibaba Məmmədov Səs Yazıları Arxivinə maraqlı və dəyərli fonoalbom təqdim edib. 

Milli Arxiv İdarəsindən "Report"a verilən xəbərə görə, Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi albom 3 kitab, 4 diskdən və bunları yerləşdirməkdən ötrü yüksək zövqlə hazırlanan qutudan ibarətdir.

Birinci kitab "Ürək deyir yaşa hələ" adlanır. Burada ustad xanəndənin yaradıcılığından və xüsusən də onun ictimaiyyətə o qədər də məlum olmayan bəstəkarlıq fəaliyyətindən söhbət açılır. Kitabın əsas hissəsi "Bəstəkar - xanəndə" adlanır və burada onun bəstələdiyi mahnı və təsnifləri, özü, bəstələri və digər görkəmli sənətkarlar barədə geniş məlumat verilib.

Ustad sənətkarın ikinci kitabı öz yaradıcılığının bəhrəsi olan "Təsniflər" və üçüncü kitabı isə "Mahnılar" adlanır. Həmin kitabların birində onun təsniflərinin not yazısı, digər kitabda isə mahnılarının not yazısı və mahnının mətni, sözlərinin müəllifi verilib.

Ümumiyyətlə, bu kitablarda bəstəkar - xanəndə, mahir muğam bilicisi və ifaçısı Əlibaba Məmmədovun yaratdığı 30 təsnif və 57 mahnı toplanıb. Sənətkarın dəyərli hədiyyəsi dövlət mühafizəsinə qəbul edilib və arxivin "Qızıl fondu"na daxil edilib.

Son xəbərlər

Orphus sistemi