Azərbaycanda yeni filmin çəkilişlərinə başlanıb

Azərbaycanda yeni filmin çəkilişlərinə başlanıb Filmdə bir neçə irqə, dinə, millətə xas olan adət-ənənələr əks olunacaq, dünyanın üç qitəsinin mədəniyyəti bir yerə toplanacaq
Mədəniyyət siyasəti
10 İyun , 2016 14:10
Azərbaycanda yeni filmin çəkilişlərinə başlanıb

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanda yeni filmin çəkilişlərinə başlanıb.

"Report"un məlumatına görə, “İpək Yolu ölkələri mədəni irsi – Mili Bayramlar” adlı film “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə çəkilir. 

Filmdə bir neçə irqə, dinə, millətə xas olan adət-ənənələr əks olunacaq, dünyanın üç qitəsinin mədəniyyəti bir yerə toplanacaq.

Film, "İpək Yolu" marşrutu üzərində yerləşən bütün regionu əhatə edir. Belə ki, bura Avropa, Asiya və Afrika qitələri (Albaniya, Çin, Misir, Gürcüstan, Yunanıstan, Macarıstan, Hindistan, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Malta, Moldova, Mərakeş, Pakistan, İtaliya, Rumıniya, Rusiya, Cənubi Koreya, Türkiyə, Ukrayna, Azərbaycan) daxildir. 

Məqsəd həm Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin göstəricisi olan milli bayramları dünya ictimaiyyətinə təbliğ etmək, həm də "İpək Yolu" üzərində yerləşən digər xalqların mədəniyyətlərini əks etdirən, ən qədim milli bayramların yer aldığı bir sənədli filmin çəkilişi, həmin xalqların mədəni irsinin təbliği, mədəniyyətlərarası dialoqun inkişafında müsbət rolu oynayaraq, bu şəkildə dünyaya yenidən bir tolerantlıq örnəyi olmaq və Azərbaycan dövlətinin bugünkü mövqeyinin bir daha gücləndirilməsidir.

Son xəbərlər

Orphus sistemi