Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycanda Türkiyə Mədəniyyət Günləri keçiriləcək.
Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyit Mehmet Arslan "Report"a bildirib ki, Mədəniyyət Günləri çərçivəsində tədbirlər Bakıda noyabr ayının 23-dən 27-nə qədər keçiriləcək.
Onun sözlərinə görə, tədbirdə Türkiyənin mədəniyyət xadimləri çıxış edəcək, eləcə də türk ustalarının əl işləri nümayiş olunacaq. S.M.Arslan qeyd edib ki, hazırda tədbirin təşkili üzrə işlər aparılır.