Azərbaycanda "Türk kinosu həftəsi" keçiriləcək

Azərbaycanda "Türk kinosu həftəsi" keçiriləcək Məşhur türk aktyorlarının iştirakı ilə 10-a yaxın film nümayiş etdiriləcək
Mədəniyyət siyasəti
23 Noyabr , 2015 11:37
Azərbaycanda Türk kinosu həftəsi keçiriləcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanda "Türk kinosu həftəsi"nin keçirilməsi gözlənilir.

"Report"un məlumatına görə, bu barədə informasiyanı Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə məsləhətçisi Murat Karaçanta verib.

Onun sözlərinə görə, tədbir 7-11 dekabr tarixlərinə planlaşdırılıb. "Kino həftəsində" məşhur türk aktyorlarının iştirakı ilə təxminən 10 film nümayiş etdiriləcək.

Bundan əlavə, M.Karaçanta Türkiyə şirkətlərinin gələn ilin aprel ayında Bakıda keçiriləcək turizm sərgisində iştirakı üçün hazırlıqların getdiyini xəbər verib.

Son xəbərlər

Orphus sistemi