Azərbaycanda Dağıstan Mədəniyyət Günləri başlayır

Azərbaycanda Dağıstan Mədəniyyət Günləri başlayır Tədbirin əsas məqsədi regionlar arasında mədəni əməkdaşlığın genişləndirilməsinə yardım göstərməkdir
Mədəniyyət siyasəti
12 May , 2016 08:28
Azərbaycanda Dağıstan Mədəniyyət Günləri başlayır

Bakı. 12 may. REPORT.AZ/ Mayın 12-13-də Azərbaycanda ilk dəfə Dağıstan Mədəniyyət Günləri keçiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının başçısının və hökumətin mətbuat xidmətindən məlumat verilib.

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun təşəbbüsü ilə keçirilən Mədəniyyət Günlərinin əsas məqsədi regionlar arasında mədəni əməkdaşlığın genişləndirilməsinə yardım göstərməkdir. Tədbirdə R.Abdulatipovun özü də iştirak edəcək.

Bu gün Bakıda Heydər Əliyev adına sarayda "Dağıstan xalqlarının incəsənəti" adlı sərgi açılacaq və rəsmi açılış mərasimi keçiriləcək. Bundan əlavə, bu gün R.Abdulatipov Azərbaycanda yaşayan dağıstanlı həmvətənləri ilə görüşəcək.

Dağıstan Mədəniyyət Günləri çərçivəsində eyni zamanda R.Abdulatipovun Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və işgüzar dairələrinin nümayəndələri ilə görüşü planlaşdırılır.

Tədbirin ikinci günü, yəni sabah Dağıstan Mədəniyyət Günləri Xaçmaz və Qusar şəhərlərində davam edəcək. Adıçəkilən şəhərlərdə Dağıstanın incəsənət ustaları, yaradıcı və aktyor kollektivləri konsert və tamaşalarla çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi