Azərbaycanda Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

Azərbaycanda Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək Musiqi yarışmasında səkkiz ölkənin təmsilçiləri bir araya gələcək
Mədəniyyət siyasəti
21 Oktyabr , 2015 12:30
Azərbaycanda Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, VII Beynəlxalq Uşaq Muğam Festivalı saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq.

Ənənəvi festival "Kainat" Gənclik Mərkəzi Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, "PAŞA Bank"ın baş sponsorluğu ilə təşkil edilir.

Musiqi yarışmasında səkkiz ölkənin (Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçiləri bir araya gələcək.

Gənc muğam ifaçılarının çıxışlarını xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirəcək. Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), habelə həvəsləndirici və xüsusi mükafatlar nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi