Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Türkiyədə təhsil alacaqlar

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Türkiyədə təhsil alacaqlar Tələbələr Ərzurumdakı Atatürk Universitetinin yay məktəbində oxuyacaq
Mədəniyyət siyasəti
19 İyun , 2015 08:41
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Türkiyədə təhsil alacaqlar

Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 2 tələbəsi iyunun 29-dan iyulun 10-a kimi Türkiyənin Atatürk Universitetində təşkil olunacaq yay məktəbində oxumaq hüququ qazanıb.

"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, ATMU tələbələri tədris proqramına uyğun olaraq planlaşdırılan dövrdə turizm, marketinq, menecment fənlərindən dərs deyən professor-müəllim heyətinin mühazirələrini dinləyəcək, Ərzurum və Qara dəniz sahillərinə məqsədli tur-səfər edəcəklər.

Qeyd edək ki, Atatürk Universitetində ingilis dilində fəaliyyət göstərən yay məktəbini indiyədək ali təhsil ocağının təxminən 10 tələbəsi bitirib.

Son xəbərlər

Orphus sistemi